İranın yerüstü qoşunları ordu generalı Kiomars Heydəri bildirib ki, Tehran Rusiyanın t-90 tanklarından tam imtina etməyib.Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb.
Məlumata görə, İranın Rusiya hərbi texnikasına göstərdiyi marağa baxmayaraq, fevralın əvvəlində İranın quru qoşunları ordusunun komandiri Əhməd Rza Purdəstan bildirmişdi ki, rus texnikasının alınması məsələsi gündəmdə deyil.
İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, İran tankı “Kərar” keyfiyyətinə görə Rusiyanın t-90 tankından geri qalmır.


Şərhlər