Menu

SOCAR-dan 3 milyard dollarlıq "elçilik"

15.02.2016, 11:53
SOCAR-dan 3 milyard dollarlıq "elçilik"

"Türkiyədə yanacaqdoldurma sektoruna 2006-ci ildə addım atan və Petrol Ofisini 3 milyard dollara alan Avstriyanın OMV şirkəti 10 il sonra bazardan çıxır. OMV, Petrol Ofisini (PO) satışa çıxarıb və onun "elçiləri" arasında Azərbaycanın SOCAR və KOÇ-un Opet-i var", - "Marja" xəbər verir ki, Türkiyə mətbuatı yazır.

Türkiyə bazarına ilk dəfə 2006-ci ildə Petrol Ofisinin (PO) 34%-ni 1 milyard dollara satın alaraq girən və daha sonrakı satın almalarla şirkətin hamısına 3 milyard dollara yaxın pul ödəyən Avstriyanın OMV şirkəti, PO-ya "satılır" lövhəsini asıb.

OMV bir neçə ildir ki, maliyyə içindədir.

Əslində bir müddətdir OMV-nin PO-nu satmağı planlaşdırdığı danışılırdı.

"Habertürk"un verdiyi məlumatlara görə, OMV-nin Vyanadakı baş ofisində isə iki şirkətin adı yüksək səslə danışılmağa başlanıb. Bu adlardan biri Koç Holdinqin də ortaqlığı olan sektorun önəmli oyunçularından OPET-dir. Digərinin isə, maye yanacaq satışı işində fəal bir şəkildə var olmaq istəyən Azərbaycanın SOCAR şirkəti olduğu bildirilir.

"SOCAR Türkiyə" şirkətinin İcraçı Direktoru Kənan Yavuz, "Bu məsələyə hazırda müsbət və ya mənfi cavab vermək istəmirəm. OMV-dən satış açıqlaması edilib. Hələ çox erkəndir. Bir neçə gün ərzində mövqeyimiz bəlli olacaqdır" - deyə bildirib

OMV-nin PO-nu satma səbəbinin isə şirkətin içində olduğu maliyyə problemləri olduğu bildirilir. Şirkətin keçmişdəki səhv sərmayə qoyuluşlarına diqqət çəkən analitiklər, "OMV neft emalı və satışı fəaliyyətlərindən çıxdı. Xüsusən, Şimal Dənizində çox bahalı neft sahələri aldı. Hətta ötən il Almaniyada zavod satıb onun puluna Norveçdən neft sahəsi alıb. Son dövrdə isə neft hasilatı işi həddindən artıq az gəlirli olub, neft emalı işi isə pul qazandırmağa başlayıb. Bu cür yanlış həmlələr şirkəti çətin vəziyyətə salıb" şərhini edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol