Menu

"Şeremetyevo" aeroportu özəlləşdirilir

15.02.2016, 20:11
"Şeremetyevo" aeroportu özəlləşdirilir

Rusiyanın "Şeremetyevo" hava limanı özəlləşdirilib. "Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, aktivlərin konsolidasiyası nəticəsində "Şeremetyevo" aeroportunun nizamnamə kapitalında dövlətin payı 31,56%, "Şeremetyevo Holdinq" (aviaholdinq milyarderlər Arkadi Rotenberq, Aleksandr Ponomarenko və Aleksandr Skoroboqatkonun ailəsinə məxsusdur) ilə təmsil olunan özəl sahibkarın payı isə 68,44% təşkil edəcək.

Rusiya saytının yazdığına görə, məsələ ilə bağlı açıqlamada bildirilir ki, qəbul edilən qərar dövlət-özəl sektor tərəfdaşlıq prinsipləri əsasında Moskva aviasiya qovşağının strateji inkişafına yöndəldilib.

Qeyd edək ki, "Şeremetyevo" hava limanının illik buraxılış gücü 35 mln.-dan artıq sərnişin təşkil edir və ölkənin ən iri aerovağzal kompleksidir. Aeroportun 6 sərnişin terminalı, habelə "Aeroekspress" dəmiryolu terminalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol