Menu

"Ukraynanın NATO-ya qoşulması mümkün deyil" - Rusiya

06.03.2014, 14:04
"Ukraynanın NATO-ya qoşulması mümkün deyil" - Rusiya

“Ukrayna NATO-ya qoşulmayacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

“Hesab edirəm ki, Ukrayna bütün hallarda NATO-ya qoşulmayacaq. Fikrimcə, bu mümkün deyil. Çünki, təkcə biz yox, Qərb də yaxşı başa düşür ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyası üçün nə deməkdir”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

“Ukraynada gerçəkləşən hakimiyyət çevrilişinin əsas hədəfi ölkəni NATO-ya üzv etməkdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu isə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə Komitəsinin sədri Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, Maydanda toplaşan kütlənin hədəfi məhz bu olub: “Ali Radanın bloklara qoşulmamaq siyasətinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini müzakirə etməsi sürpriz bir hadisə deyildi. Onların məqsədi elə bu idi. Maydandakılar da bunu qarşılarına məqsəd qoymuşdular. Müxalifətin kirayələdiyi snayperlər buna etiraz edənləri öldürürdü”.

Qeyd edək ki, xarici mətbuat Ukrayna kəşfiyyatı əməkdaşına istinadən Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonla Estoniya xarici işlər naziri Urmas Paet arasında olan telefon danışığının mahiyyətini açıqlayıb. Həmin telefon danışığı zamanı Maydanda baş verən qanlı hadisələrlə bağlı atəş açan snayperlərin müxalifət tərəfindən kirayələnmiş təxribatçılar olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol