Filippinin keçmiş dövlət başçısı Ferdinand Markosun həyat yoldaşının ləl-cəvahiratı satışa çıxarılır.Musavat.com xəbər verir ki, bu barədə məlumat NTV-də yer alıb.
Məlumata görə, sabiq prezidentin həyat yoldaşı İmelda Markosun ləl-cəvahiratı 21 milyon dollar qiymətində dəyərləndirilir.
İmelda Markos isə dəyərli daş-qaşlarının satılmasını istəmir.
Xanım Markos ləl-cəvahiratına yenidən sahib olmaq üçün oğlunun vitse-prezident olmasını gözləyir.



Şərhlər