Menu

“XXX” soyadlı keçmiş neftçinin qatilləri ələ keçdilər

17.02.2016, 13:44
“XXX” soyadlı keçmiş neftçinin qatilləri ələ keçdilər

Bakıda bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ evlərindən birində 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdullazadə və Elman Qasımov tutulublar.

Qeyd edək ki, hadisə fevralın 14-də qeydə alınıb. H.Məmmədrəsuloğlunun meyiti özünün bağ evində aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol