Menu

“Hasilatın dondurulması neftin qiymətinə təsir etməyəcək”

17.02.2016, 15:54
“Hasilatın dondurulması neftin qiymətinə təsir etməyəcək”

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri OPEC-ə üzv bəzi ölkələrlə Rusiyanın xam neft hasilatının dondurulması ilə bağlı qərarının qiymətə təsir etməyəcəyi qənaətindədirlər.

Bankın analitikləri Damien Courvalin və Ceffrey Kurrie hasilatın dondurulmasının digər ölkələrin də əməkdaşlıq etməsi şərtindən asılı olduğunu və razılıq əldə edilsə belə inamsızlığın yüksək olduğunu deyiblər.

Bildirilir ki, İran böyük ehtimalla bu qərarla razılaşmayacaq. Çünki İran hasilatı artırmaq və bazar payını geri qaytarmaq niyyətindədir. Əgər, İran razılığa əməl etsə hasilatın müəyyən həcmdə artırılmasına icazə verilə bilər: “Bu razılaşma hasilatın dondurulması ilə yanaşı, daha çox irəliləyişə nail olunacağı barədə fikir yarada bilər. Lakin biz bunun neftin qiymətinin ucuzlaşmasına səbəb olacağını düşünmürük. Çünki neftin qiyməti yalnız fondların sayının artımı dayandırıldıqda sabitlik qazanacaq. Bu da mövcud hasilat səviyyəsində ancaq 2016-cı ilin ikinci yarısında mümkün ola bilər”.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol