Menu

Türkiyədə terror aktları törədilə bilər - MİT

17.02.2016, 19:42
Türkiyədə terror aktları törədilə bilər - MİT

Türkiyə kəşfiyyatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi imkanları barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə “Haber7” qəzeti MİT-dəki mənbəyə istinadən xəbər verir.

Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq aeroportlarında terror aktları törətməyə hazırlaşırlar. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub.

Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol