Menu

YPG ələ keçirdiyi aerodroma terrorçu Öcalanın adını verib

18.02.2016, 14:08
YPG ələ keçirdiyi aerodroma terrorçu Öcalanın adını verib

PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin silahlı qruplaşması olan YPG ələ keçirdiyi aerodroma Abdulla Öcalanın adını verib.

APA-nın “The Times” qəzetinə istinadən xəbərinə görə, Suriyanın Azez şəhəri yaxınlığındakı Minnağ aerodromunun adı dəyişdirilərək, "Serok Apo" (“Öndər Apo”) adlandırılıb. BBC isə YPG-nin Türkiyə Silahlı Qüvvələrinin beş gündür top atəşinə tutduğu Tel-Rıfat şəhərinin adını "Arpet" olaraq dəyişdiyini barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ YPG ilə PKK-nın eyni təşkilat olmadığını bəyan edib. Rəsmi Vaşinqton YPG-nin terrorçu qruplaşma olmadığını, onlara İŞİD-lə mübarizə aparan silahlı birləşmə kimi hər cür dəstək verəcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol