Menu

“Ayaz M­ütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəcədən bilirdi” - HƏRBİ PROKUROR

19.02.2016, 12:05
“Ayaz M­ütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəcədən bilirdi” - HƏRBİ PROKUROR

“Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz M­ütəllibov əvvəcədən bilirdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.

Onun sözlərinə görə, faciədən son­ra Azərbaycan Daxili İşlər Nazirliyi faciədə cəmi i­ki adamın öldüyü haqqında məlumat yayıb:­ “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirilməsini sübut etmək­ üçün xeyli əziyyət çəkdi”.

X.Vəliyev əlavə edib ki, Xocalı faciəsi­nin beynəlxalq aləmdə tanıdılmasında Ley­la Əliyevanın “Xocalıya ədalət” kampaniy­asının böyük rolu olub.

O qeyd edib ki, soyqırım üçün hansısa irqi məhv etmək lazım deyil, buna cəhd etmək, belə bir fikirə düşmək özü də bu cinayətin bir hissəsi deməkdir: “Günümüzdə soyqırımların ən pik nöqtəsi Xocalı faciəsidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol