Ankaradakı qanlı terror hücumunu kimin törətdiyi bəlli olub. Türkiyənin paytaxtı Ankarada təşkil olunan terror hücumunu PKK-nın bir qolu olaraq tanınan və üzünü "Kürdistan Azadlıq Şahinləri" qruplaşması adlandıran bir qrup vəhşi küçük öz üzərinə götürüb.
Verilən məlumata görə, PKK-nın bir qolu olan bu qruplaşma partlayışı Abdulbaki Sönməz adlı terrorçunun həyata keçirdiyini bəyan edib.
Qeyd edək ki, rəsmi Ankara terroru PYD-nin törətdiyini sübut edib. Ona görə də PKK-nın bir qolu olan başqa bir terrorçu qruplaşma terroru üzərinə götürməklə PYD-ni terrorçu təşkilatlar sırasına düşməsinin qarşısını almağa çalışır. Əlbəttə ki, ağalarının sifarişi ilə.


Şərhlər