“Nurçu”ların Azərbaycanda televiziya sahəsindəki fəaliyyətinə dair “rapor”
Azərbaycanda Fətullah Gülən tərəfdarlarının fəaliyyəti ilə bağlı daha bir gizli sənəd yayılıb. AzPolitika.info-nun elektron poçtuna daxil olan sənəd XƏZƏR TV-nin direktoru Huseyin Dinlemezin Türkiydə Fətullah Gülənin önəmli adamı Faruk Mərcana yazdığı “gizli rapor” kimi təqdim olunur.
Müəllifi Huseyin Dinlemez olduğu bildirilən məktubda Gülən tərəfdarlarının Azerbaycanda hansi televiziyalarda yerləşməsindən bəhs olunur, bu sahədəki vəziyyətlə bağlı detallı məlumat verilir.
Bildirilir ki, əksər televiziyalara adamlar yerləşdirə biliblər. Həmçinin, Azərbaycan Teleradio Şurasında 2 adamları önəmli vəzifədədir.
Məktubun sensasiyalı məqamı isə ANS TV ilə bağlı qeydlərdir. Müəllif bu telekanalın rəhbərlərinin – Vahid Naxış və Mirşahin Ağayevin İranmeyilli olmasını qeyd edir və ANS-in İrandan 7 milyon dollar nağd yardım aldığını bildirir.
Huseyin Dinlemez olduğu bildirilən müəllif reklam gəlirlərinin azaldığını yazır və Türkiyədəki medya partonlarından ANS TV ilə rəqabətə davam gətirmək üçün 2 milyon dollar ayrılmasını xahiş edir.
Məktubun fotosürətini təqdim edirik.


Şərhlər