Menu

Bakıda və Sumqayıtda ev sahibləri qələbə qazandı

20.02.2016, 19:40
Bakıda və Sumqayıtda ev sahibləri qələbə qazandı

Topaz Premyer Liqasında XXII tur çərçivəsində daha 2 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçı Sumqayıtda, ikinci görüşü isə paytaxtda baş tutub.

III dövrəyə uğursuz başlayan “Sumqayıt” AZAL-ı məğlub edib. "Kimyaçılar" "təyyarəçilər" iki qola "qonaq edərək", əliboş yola salıblar. Bu qələbə həm də "gənclik şəhəri"nin təmsilçiləri üçün "qara zolaq"dan çıxmaq baxımından ilk addım ola bilər.

Günün və turun mərkəzi görüşü isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Son 2 mövsümün çempionu və hazırkı lider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edib. Cari mövsümdə keçirdiyi 2 görüşün heç birində Ağdam klubuna məğlub olmayan “flaqman” bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Qarşılaşmanın əvvəlində hesabı açan ağdamlılar, sona 10 dəqiqə qalmış daha bir qol vuraraq, qələbəni rəsmiləşdiriblər.

Qeyd edək ki, XXII turun son 2 oyunu fevralın 21-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol