Fevralın 20-də Hilton otelində beynəlxalq təhsil sərgisi keçirilib. Sərgidə ABŞ, BƏƏ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Rusiya və digər ölkələrin universitetləri, biznes məktəbləri, özəl internat, dil məktəbləri iştirak ediblər. Musavat.com-un verdiyi xəbərə görə, Kipr Səfirliyinin dəstəyi, "BEGIN EDU FAIR” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə ənənəvi olaraq Şimali Kipr Türk Respublikasındakı Doğu Akdeniz Universiteti (DAU) də iştirak edib.
DAU təmsilçiləri İjlal Dezza və Esra Arıkan universitet barəsində musavat.com-a geniş açıqlama veriblər. Universitet təmsilçilərinin dediyinə görə DAU bölgədə yeganə dövlət Universitetidir:
"DAU 1979-cu ildən fəaliyyətə başlayıb və artıq 36 ildir ki, beynəlxalq aləmdə tanınır, akkreditasiyası olan universitet səviyyəsinə qədər yüksəlib. Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər Birliyi, İslam Ölkələri Universitetlər Federasiyası İdarə Heyətinin üzvü olan DAU ABŞ-da texniki və mühəndislik proqramlarına nəzarət edən ABET-dən ekvivalentlik sənədi alıb. Universitetimiz 150-yə yaxın dünya universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb. İnkişaf etmiş maddi-texniki baza, 35 ölkədən 1000-ə yaxın yüksək səviyyəli professor-müəllim heyəti, dünyanın 68 ölkəsindən 14000 tələbə, ingiliscə təhsil proqramları, ikinci xarici dil öyrənmək imkanı, tələbə mübadilə proqramları, zəngin sosial-mədəni mühit, beynəlxalq aləmdə tanınan diplomları ilə DAU tələbələrini yaradıcı, beynəlxalq səviyyədə rəqabətə hazır gənclər olaraq yetişdirir və onları beynəlxalq karyera üçün hazırlayır”.
Təmsilçi İjlal Dezza universitetin fakültələri barədə aşağıdakıları qeyd edib: "DAU-da memarlıq, incəsənət, jurnalistika, mühəndis, bank idarəçiliyi, tibb, əczaçılıq, biznes, turizm, informasiya texnologiyaları və sairə fakültələr fəaliyyət göstərir".
İjlal Dezza universitetin təhsil ödənişlərindən söz açaraq bildirib ki, azərbaycanlı tələbələrə 50 faiz güzəştli təhsil ödənişi fürsəti verilir:
"Universitetimizdə 106 fərqli ölkədən 20 min tələbə təhsil alır. Azərbaycanlı tələbələrin universitetimizə cəlb etməkdə daha çox maraqlıyıq. Çünki biz Azərbaycanla qardaş ölkəyik və daha çox azərbaycanlı gəncin yüksək səviyyədə təhsil almasını istəyirik. Buna görə azərbaycanlı tələbələrə güzəştli təhsil haqqı imkanı verilir. Minimum təhsil haqqı iki min dollardan başlayır. Yüksək bal göstəricisi əldə edən tələbələr təhsil ödənişindən tamamilə azad olur".

Universitet təmsilçisi azərbaycanlı tələbələrin daha çox texniki fakültələrə üstünlük verdiyini deyib:"Hər il orta hesabla 100 nəfər azərbaycanlı universitetimizə daxil olaraq, tələbə adını qazanır.
Universitetimizin diplomu bütün dünyada tanınır. Məzunların arzuladıqları ölkədə işlə təmin olunmaq fürsəti də var.
Universitetin Mühəndislik Fakültəsinin bütün bölmələri Amerikada Texnoloji və Mühəndislik Proqramlarını izləyən ABET-də akkreditə olunub. Bu akkrediasiya mühəndislik sahəsində çox nüfuzludur.
Memarlıq Fakültəsinin memarlıq bölümünün MİAK, Müəssisə İqtisadiyyat Fakültəsinin, Turizm Fakültəsi və Kompüter və Texnologiya Yüksek Okulunun ise FIBAA akkreditasiyası var. Təhsli fakültəsi, İngilis Dili Fakültəsi, İngilis Dili Təhsil bölməsi AQAS-dan akkreditə alıb. Bundan əlavə, Turizm və Otelçililik Yüksekokulu TEDQUAL, Kompüter və Texnologiya Yüksək Məktəbi Kompyuter Texnologiyası və İnformasiya Sistemləri Proqramı ASİİN-da akkreditə olunub. Xarici Dillər və İngilis Hazırlıq Məktəbinin isə EDEXCEL akkreditəsi var. Ayrıca, müəssisə və İqtisadiyyat Fakültəsi Türkiyədə yalnız üç universitetin üzv olduğu AACSB-ə daxildir".

İjlal Dezza bildirib ki, tələbələrin idmandan da geniş istifadə etmək imkanları var:
"Universiet şəhərciyində tartan zəminli atletizm astanasına sahib 5 min nəfərlik stadion, ürək mərkəzi, spinning salonu, TRX salonu və 66,500 m2-lik açıq idman sahəsi ilə bağlı sahədə edilən hər cür idman fəaliyyətinin reallaşdıran üç min beş yüz nəfərlik LMP İdman Sarayı DAU şagirdlərinin istifadəsindədir. Özlərinə aid Sosial və Mədəni Fəaliyyət Mərkəzində xüsusi ofisləri olan 50-yə çox şagird klubu ilə Beynəlxalq Mərkəz altında fəaliyyət göstərən Beynəlxalq Tələbə Birlikləri, kompleksdəki həyatı daha rəngli, xüsusiyyətli və zəngin edən mədəni, ictimai tədbirlər keçirilir.
Eyni zamanda DAU-da 9 mütəxəssis həkimin çalışdığı tam təchizatlı, xüsusi təcili yardımı olan Sağlamlıq Mərkəzi yanında 30-dan çox xüsusi məqsədli Araşdırma Mərkəzləri var. Psixoloji Məsləhət Rəhbərlik və Araşdırma Mərkəzi ilə məzunlarla Əlaqə və Karyera Araşdırma Mərkəzi DAU şagirdlərinin ehtiyaclarını qarşılamaq üçün qurulan və istifadə edilən mərkəzdir".

Təmsilçi bildirib ki, universitetdə qüsurlu tələbələr üçün də şərait yaradılıb: ”Fiziki qüsurlu tələbələr də digərlərindən fərqlənməyərək sərbəst şəkildə təhsil ala bilirlər. Onlar üçün brayl əlifbası ilə təchiz olunmuş xüsusi kompyüterlər, tədris ləvazimatları hazırlanıb, yataqxana, avtobus, istirahət üçün gərək olan hər şey təşkil edilib".
Qeyd edək ki, bakalavr və magistr proqramları üzrə Doğu Akdeniz Universitetinə daxil olmaq istəyən abituriyentlərin müraciətləri ildə iki dəfə, payız və yaz semestrlərində qəbul olunur.


Şərhlər