Menu

Sergey Şoyqu Tehrana elan olunmamış səfər edib

21.02.2016, 23:30
Sergey Şoyqu Tehrana elan olunmamış səfər edib

Xarici KİV-in məlumatına görə, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu İrana elan olunmamış səfər edib. Nazir bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq (Exo Moskvı).

Şoyqunun İrana gəlməsi barədə ilk xəbəri yerli «Press-TV» telekanalı yayıb. Rusiya müdafiə nazirliyinin saytında isə səfər barədə heç bir məlumat verilməyib. Rusiyalı nazir İranın hərbi naziri Hüseyn Dehqanla görüşəcək. Bu saatlarda isə Şoyqunun İran prezidenti Həsən Ruhani ilə söhbəti baş tutub.

İran prezidentinin mətbuat xidməti artıq bu məlumatları təsdiqləyib.

Fevralın 16-da Şoyqunun iranlı həmkarının Moskvaya səfərindən sonra Rusiyanın Baş Qərargahı S-300 komplekslərinin ilk partiyasının İrana göndərilməsinin planlaşdırıldığını xəbər vermişdi. Bu proses martın sonuna qədər başa çatacaq.

Şənbə günü Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin İranın hərbi komandanlığının planları və yeni zenit-raket sistemlərinin sifarişi barədə «İnterfaks»a danışmışdı. Amma indiki saata bu məsələ danışıqlar predmeti olaraq qalır. Rusiyalı məmur İranı ən müxtəlif silah-sursata tələbatı olan nəhəng hərbi tərəfdaş və potensial sifarişçi adlandırıb. Tam bir il əvvəl isə prezident Putin İslam dövlətinə zenit-raket sistemlərinin satışına qoyulmuş qadağanın götürülməsini təsdiqləyib.

S-300 ZRK məsələsindən başqa Moskva və Tehranın müzakirə etməsi üçün digər məsələlər də var. Məsələn, Suriyadakı hərbi fəaliyyət. Məlumdur ki, burada Rusiya ilə İran Bəşər Əsəd ordusunun müttəfiqi rolunda çıxış edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol