Menu

Bakıda uşaq bağçası yanıb: 6 nəfər təxliyyə olunub

22.02.2016, 08:57
Bakıda uşaq bağçası yanıb: 6 nəfər təxliyyə olunub

Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol