Menu

Bir gündə 4 nəfər dəm qazından boğularaq ölüb

22.02.2016, 16:16
Bir gündə 4 nəfər dəm qazından boğularaq ölüb

Azərbaycanda bir gündə 4 nəfər dəm qazından boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də paytaxtın Yasamal rayonu ərazisində yaşayan Ələsgər Hacıyev və Toğrul İbrahimzadə yaşadıqları evdə, Daşkəsən şəhər sakinləri - Fəzail Məmmədov və arvadı Aybəniz Gəncə şəhərində yaşayan qohumlarının evində dəm qazından zəhərlənərək ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol