Menu

Dollara tələbat yenidən artır - Banklar 177,5 milyon aldı

22.02.2016, 17:17
Dollara tələbat yenidən artır - Banklar 177,5 milyon aldı

Bugün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 177 milyon 450 min ABŞ dolları məbləğində vəsait 13 banka satılmışdır. Bu barədə ARDNF-dən bildirilib.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol