Menu

Daha bir ölkə Gürcüstanın NATO planlarını dəstəkləyir

23.02.2016, 00:34
Daha bir ölkə Gürcüstanın NATO planlarını dəstəkləyir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çexiya Gürcüstanın NATO-ya daxil olmaq planlarının reallaşmasını dəstəkləyir və məqsədə çatmaq yolunda bu ölkəyə köməklik göstərməyə hazırdır (TASS).

Rəsmi Praqa eyni zamanda Tbilisinin Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşma prosesindəki uğurlarını qeyd edir. Bu barədə jurnalistlərə Çexiya respublikasının Baş naziri Boquslav Sobotka bu ölkədə səfərdə olan Gürcüstan parlamentinin başçısı Georgi Kvirikaşvili ilə apardığı danışıqlardan sonra bəyan edib.

«Çexiya Gürcüstanın Şimali atlantika alyansına daxil olmaq istiqamətindəki səylərini dəstəkləyir. Biz həm də öz ordusunu təkmilləşdirməkdə bu ölkəyə kömək etmək fikrindəyik» - deyə, Baş nazir əlavə edib.

Tərəflər Çexiya-Gürcüstan ticarət-iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edərək, bu sahədə qarşılıqlı fəaliyyətin genişləndiriləcəyinə əmin olduqlarını qeyd ediblər.

Səfər çərçivəsində Kvirikaşvilinin Çexiya prezidenti Miloş Zeman ilə də görüşəcəyi gözlənilir. O, son 5 ildə Çexiyaya səfər etmiş ilk Gürcüstan rəsmisidir.

Məlumat üçün bildirək ki, bundan əvvəl - 2011-ci ilin dekabrında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Çexoslavakiyanın məxməri inqilabının lideri Vatslav Qavelin dəfn mərasiminə qatılmaq üçün Çexiyaya səfər etmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol