Menu

Ehtiyatların 38 faizi "əridi"

23.02.2016, 10:16
Ehtiyatların 38 faizi "əridi"

"Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın qorunan əmanətlərə malik olan əmanətçiləri ümumilikdə 49,561 mln. manat məbləğində kompensasiya alıblar (22.02.2016 tarixinədək). Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında bildirilir.

Xəbər verildiyi kimi, yanvarın 29-dan etibarən "Bank of Azerbaijan”da qorunan əmanətləri olan şəxslərə kompensasiya ödənişinə başlanılıb. Bu prosesdə agent bank rolunda “Muğanbank” və “Rabitəbank” iştirak edir.

“Yanvarın 29-dan sənədləri qaydasında olan"Bank of Azerbaijan”ın əmanətçilərinə ümumilikdə 21,825 mln. manat məbləğində kompensasiya alıblar”,- deyə məlumatda qeyd edilir. Bankda qorunan əmanətlərin məbləği 24 mln. 199,448 min manat təşkil edir. 6,599 min əmanətçi kompensasiya alacaq.

Bundan əlavə, fevralın 4-dən “Gəncəbank”ın əmanətçilərinə 636 min manat məbləğində kompensasiya ödənilib.

Fevralın 12-dən sənədləri qaydasında olan “Texnikabank”ın əmanətçiləri ümumilikdə 27,1 mln. manat məbləğində kompensasiya alıblar. Bu prosesdə agent bank rolunda “Muganbank”, “Rabitəbank”, “Kapital Bank” və “Unibank” çıxış edir.

FONDU 132 MİLYON MANATDIR

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ehtiyatı (fondu) 132 milyon manatdır. Beləliklə, müflis elan edilmiş banklara görə, artıq Fondun ehtiyatlarının 38%-i "əriyib".

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirmişdi ki, "Texnikabank"ın 20 340 qorunan əmanətçisinə 123 milyon 166 min 426 manat kompensasiya veriləcək. Bankın bütün kompensasiyaları ödəmək üçün Mərkəzi Bankdan və ya bazardan borc alacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol