Menu

OPEC-in baş katibi neftin qiymətinin bahalaşacağı qənaətindədir

23.02.2016, 14:46

opek_oil-300x169Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Abdullah əl-Bədri neftin qiymətinin bahalaşacağı qənaətindədir.

OPEC-in baş katibi neftin qiymətinin uzun illər orta hesabla 100 dollar/barreldən baha olduğunu və bazarın da buna öyrəşdiyini deyib: “Necə ki neftin qiyməti yüksəkdə qalmadı, aşağı qiymətlər də qalmayacaq. Bu bir halqadır. Haqlanın davam etməsi və həll yolunun tapılmaması isə hələ uzun illər tədarük problemi ilə qarşı-qarşıya olduğumuzun xəbərdarlığını edir”.

OPEC-ə üzv ölkələr - Səudiyyə Ərəbistanı, Venesuela, Qətər və təşkilata üzv olmayan ən böyük neft ixracatçısı Rusiyanın keçən həftə neftin qiymətinin bahalaşması üçün qəbul etdikləri xam neft hasilatının yanvardakı səviyyədə dondurmaq qərarını da şərh edən Abdullah əl-Bədri Badri deyib: “Bu qərar neft bazarındakı tarazlığın təmin olunması üçün ilk addımdır. Qiymətlərdəki vəziyyət araşdırılaraq 3-4 ay sonra həmin qərar yenidən nəzərdən keçiriləcək”. /Azərtac

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol