Martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə proses keçirilib.
Vəkil Bəhruz Bayramovun “Media forum” saytına verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəsatət verməyib: “Çünki verdiyimiz vəsatətlər məhkəmə qərarı ilə rədd olunub. Pərviz Həşimli çıxışında MTN-in istintaq təcridxanasında ona qarşı təzyiq və işgəncələrin davam etdiyini dedi. Bildirdi ki, gün ərzində 1 saat gəzintini də ləğv ediblər. Hakim buna heç bir reaksiya vermədi.
Pərviz Həşimli ilə birlikdə həbs edilən Təvəkkül Qurbanova bağlı vəsatət olmadı. Hətta ona dövlət hesabına təyin edilən vəkil cinayət işinin materialları ilə tanış olmaqdan imtina etdi. Bildirdi ki, ehtiyac yoxdur”.
Məhkəmə prosesi martın 11-də davam edəcək.


Şərhlər