Menu

Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü

25.02.2016, 10:08
Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol