AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, təyyarəsində nasazlıq yaranması səbəbilə Fransa prezidenti Fransua Olland Peru paytaxtını vaxtında tərk edə bilməyib. Prezident, onu Latın Amerikasına səfərlərində müşaiyət edən ehtiyat təyyarəsindən - reaktiv «Falcon»-dan istifadə etmək məcburiyyətində qalıb (TASS).
Prezidentin təyyarəsində (Airbus A300) texniki nasazlıq Perunun paytaxtı Lima şəhərində baş verib. Bu barədə qeyri-rəsmi məlumatı prezident administarsiyasına istinadla «AFR» agentliyi yayıb. Yaranmış texniki nasazlıq səbəbindən dolayı Fransua Olland Argentinaya nəzərdə tutulmuş səfərə gecikib.
Fransa prezidentinin səfəri fevralın 21-də Sakit okeanın cənub hissəsində yerləşən Fransaya məxsus Uollis və Futuna adalarından başlayıb. Sonra Olland Fransa Polineziyasına gəlib, buradan isə Peruya uçub. Argentinaya səfəri başa vurandan sonra prezident Uruqvaya yola düşəcək, cümə günü axşam isə Parisə qayıdacaq.


Şərhlər