Menu

Məhkəmələrə hakim və sədrlər təyin edildi - Sərəncam

25.02.2016, 19:47
Məhkəmələrə hakim və sədrlər təyin edildi - Sərəncam

Prezident İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Çingiz Adil oğlu Bəşirov isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol