Menu

İcra başçısı ağsaqqallarla görüşüb (FOTO)

25.02.2016, 22:26
İcra başçısı ağsaqqallarla görüşüb (FOTO)

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov RİH-in akt zalında rayon ağsaqqallarının nümayəndələri ilə görüş keçirib. Xocalı soyqırımı günü ərəfəsində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra RİH başçısı Tahir Kərimov son beş ildə rayonun sosial-iqtisadi inkişafında, o cümlədən ictimai-siyasi, mədəni həyatında baş vermiş yeniliklər barədə məlumat verib.

Qeyd edib ki, son dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dəfə Salyana səfər edib və bu qədim yurda dair 10-a yaxın sərəncam imzalayıb. Salyanda inşa olunan yeni körpü, təhsil, səhiyyə, mədəniyyət sahələrində istifadəyə verilmiş müasir xidmət obyektləri, həmçinin Muğan Babazanlı abidələrinin 2800, Əli bəy Hüseynzadənin 150, Xəlil Rza Ulutürkün 80 illik yubileylərinin qeyd olunması barədə və digər sərəncamları Salyana və salyanlılara göstərilən diqqət və qayğının nəticəsidir.

Görüşdə insanları narahat edən məsələlərin həlli istiqamətində yerli inzibati ərazi nümayəndələri və bələdiyyələrin də üzərinə düşən vəzifələr qeyd edilib, RİH başçısının təşəbbüsü ilə ağsaqqallarla görüşün daimi xarakter daşıyacağı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol