Menu

Xalq artisti İlhamə Quliyeva dəfn olundu - Yenilənib+Fotolar

26.02.2016, 15:10
Xalq artisti İlhamə Quliyeva dəfn olundu - Yenilənib+Fotolar

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva dəfn olunub.

APA-nın məlumatına görə, xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmi şəxslər, İ. Quliyevanın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, xalq artistləri Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva və digər şəxslər iştirak edir.

Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilir.

Qeyd edək ki, İlhamə Quliyeva dünən səhər saatlarında evində vəfat edib.

[gallery columns="4" size="full" ids="196528,196529,196530,196531,196532,196533,196534,196535,196536,196537,196538,196539"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol