Menu

"Bakı Univermağı"nın səhmləri ləğv edilir

27.02.2016, 10:24
"Bakı Univermağı"nın səhmləri ləğv edilir

"Bakı Univermağı" ASC-nin qiymətli kağızları dövriyyədən çıxarılaraq ləğv edilir. "APA-Economics" xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, buna səbəb ASC-nin ləğv edilməsidir.

Qiymətli kağızların nominal dəyəri 2 manat, sayı isə 366 098 ədəddir.

"Səhmdarların səhmlərinə düşən ləğvetmə paylarının ödənilməsi ləğvetmə balansına əsasən həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

Sosial səhifələrdə.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol