Son günlər bəzi mətbuat orqanlarında “Xəzər” TV-nin “nurçu şəbəkəsi”nə aid olması ilə bağlı yayılan xəbərlərə televiziyanın təsisçisi Asəf Hacıyev reaksiya verib.

Azadinform xəbər verir ki, “Xəzər” TV 2007-ci ilin oktyabrında, radionun isə 2008-ci ilin may ayında yarandığını bildirən Asəf Hacıyev istər televiziya, istərsə də radionun təsisçilik hüququ yalnız ona məxsus olduğunu bildirib.

A.Hacıyev qeyd edib ki, televiziya yaranan zaman “Samanyolu” TV-nin Azərbaycan nümayəndəliyinin texniki avadanlıqlarını dəyəri ödənilməklə alıblar: “İşçilərin peşəkarlığını nəzərə alıb əmək müqaviləsi əsasında onların bəzilərini “Xəzər” TV-də və eyni adlı radioda işə götürdük. Hamı kimi onlar da əmək müqaviləsi ilə çalışır və əmək haqqı alırlar.”

A.Hacıyev əlavə edib ki, yarandığı gündən bu vaxtadək TV-yə və radioya kadrların yerləşdirilməsindən tutmuş, proqram və verilişlərin yayımına qədər şəxsən özü nəzarət edir