Menu

Türkiyə ilk prezident seçkilərinə hazırlaşır

08.03.2014, 16:50
Türkiyə ilk prezident seçkilərinə hazırlaşır

Xaricdə yaşayan Türkiyə vətəndaşları da ilk dəfə olaraq prezident seçkilərində iştirak edə biləcək

Türkiyənin Ali Seçki Şurası avqustun 29-da Abdulla Gülün prezident səlahiyyətlərinin başa çatması ilə əlaqədar prezident seçkiləri təqviminin ilkin variantını hazırlayıb.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, seçkilərin birinci turu avqustun 10-da, ikinci tur isə 24-də keçiriləcək.

Xaricdə yaşayan Türkiyə vətəndaşları da ilk dəfə olaraq prezident seçkilərində iştirak edə biləcək. Bundan ötrü 56 ölkədəki 118 türk diplomatik nümayəndəliyində seçki qutuları qoyulacaq. Xaricdə yaşayan seçicilərin sayı 750820 nəfərdir.

Türkiyə bu seçkilərdən sonra prezident üsul-idarəli respublika olacaq. Dövlətçiliyin bu formada idarəçilik modelinə keçid layihəsi parlamentə hakim çoxluq tərəfindən təklif edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol