Menu

Azərbaycan valyuta bazarının həftəlik icmalı

27.02.2016, 18:00
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,002 manat (0,1 faiz) ucuzlaşıb.

Trend-in məlumatına görə, müvafiq olaraq ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,56114 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
15 fevral 1,5711 22 fevral 1,5604
16 fevral 1,5679 23 fevral 1,5612
17 fevral 1,5675 24 fevral 1,5593
18 fevral 1,5644 25 fevral 1,5624
19 fevral 1,5635 26 fevral 1,5624
Həftə ərzində orta məzənnə 1,56688 Həftə ərzində orta məzənnə 1,56114

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0054 manat (0,3 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,72546 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi:
15 fevral 1,7631 22 fevral 1,7336
16 fevral 1,7488 23 fevral 1,7240
17 fevral 1,7506 24 fevral 1,7179
18 fevral 1,7424 25 fevral 1,7236
19 fevral 1,7395 26 fevral 1,7282
Həftə ərzində orta məzənnə 1,74888 Həftə ərzində orta məzənnə 1,72546

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0,0004 manat (2 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir rubla nisbətdə 0,02054 manat səviyyəsində müəyyən olunub.

Rubla nisbətdə manatın rəsmi məzənnəsi
15 fevral 0,0201 22 fevral 0,0203
16 fevral 0,0204 23 fevral 0,0208
17 fevral 0,0201 24 fevral 0,0204
18 fevral 0,0208 25 fevral 0,0205
19 fevral 0,0204 26 fevral 0,0207
Həftə ərzində orta məzənnə 0,02036 Həftə ərzində orta məzənnə 0,02054

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın Türkiyə lirəsinə nisbətdə rəsmi məzənnəsi 0,0055 manat (0,6 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir lirəyə nisbətdə 0,53104 manat səviyyəsində müəyyən olunub.

Lirəyə nisbətdə manatın rəsmi məzənnəsi
15 fevral 0,5359 22 fevral 0,5284
16 fevral 0,5318 23 fevral 0,5318
17 fevral 0,526 24 fevral 0,5295
18 fevral 0,529 25 fevral 0,5316
19 fevral 0,5261 26 fevral 0,5339
Həftə ərzində orta məzənnə 0,52976 Həftə ərzində orta məzənnə 0,53104

Ötən həftə 1 unsiya qızılın dəyəri 10,0399 manat (0,5 faiz) yüksəlib. Müvafiq olaraq, qızılın orta qiyməti 1920,2898 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi:
15 fevral 1947,7712 22 fevral 1921,0865
16 fevral 1894,3368 23 fevral 1890,6132
17 fevral 1895,8913 24 fevral 1904,4511
18 fevral 1892,924 25 fevral 1954,1718
19 fevral 1891,9914 26 fevral 1931,1264
Həftə ərzində orta qiymət 1904,58294 Həftə ərzində orta qiymət 1920,2898

Ötən ilin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol