Səudiyyə Ərəbistanında məhkəmə 28 yaşlı gənci «Twitter» mikrobloqunda yazdığı qeydlərə görə 2 min şallaq cəzasına məhkum edib.Virtualaz.org «Associated Press» agentliyinə istinadən xəbər verir ki, məhkum olunmuş gənc bir neçə dəfə öz mikrobloqunda islam dinini tənqid edib, peyğəmbər barədə şəxsi fikirlərini paylaşıb. Hakimlərin çıxardığı qərara görə, məhkum indiyə kimi 600 dəfə dini təhqir edib.
Mənbəyə əsasən, tvitlərin müəllifini tapıb günahlarının bağışlanmasını diləməsini tələb ediblər. Lakin gənc bidirib ki, ateistdir və fikrini bildirmək onun təbii hüququdur. Məhkəmə bu sözlərdən sonra müttəhimi 2000 şallaqla, 10 illik həbs cəzası və pul cəriməsi ilə cəzalandırıb.


Şərhlər