Menu

Misirli diplomat vəzifədən getmək istəyir

28.02.2016, 18:51
Misirli diplomat vəzifədən getmək istəyir

Misir diplomatı Ərəb dövlətləri liqasının baş katibi Nabil əl-Ərəbi öz səlahiyyətinin vaxtını artırmaq fikrində deyil.Musavat.com xəbər verir ki, o, bu barədə misirin MENA agentliyinə açıqlama verib.

Baş katibin səlahiyyəti bu il iyulun 1-də başa çatır. Əl-Ərəbi keçmiş prezdent Hüsni Mubarək hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra misirin xarici işlər naziri vəzifəsində çalışıb.

Ərəb dövlətləri liqasının başında Əl-Ərəbi 2011-ci ilin iyulundan fəaliyyət göstərir.

Ənənəvi olaraq bu vəzifəyə ancaq Misir diplomatı təyin olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol