Xarici KİV-in məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Suriyada atəşkəsə riayət olunması məsələsinə ehtiyatlı optimizm İfadə edib və qarşı duran tərəfləri siyasi dialoqa çağırıb. Bu barədə nazir WELT am SONNTAG qəzetinə verdiyi müsahibədə bəyan edib. Müsahibə yığcam formada qəzetin elektron versiyasında dərc olunub (TASS).
«Heç də hər yerdə atəşkəsə 100 faiz əməl olunmur. Amma ilk dəfədir ki, hərbi əməliyyatlarda pauza əldə etmək imkanı yaranıb. Suriyanın bir çox hissələrində sanki ciddi sakitlik hökm sürür» - deyə, Ştaynmayer qeyd edib.
Nazirin sözlərinə görə, atəşkəsin hökm sürdüyü hər saat «nəinki Suriyanın özündə, həm də müharibə və terror səbəbilə ölkədən qaçmış milyonlarla suriyalı üçün vətəndə sülhün bərqərar olacağına ümid yaradır».
O, əlavə edib ki, araqarışdıranlara imkan vermək olmaz ki, son həftələrdə əldə olunanları dağıtsınlar: «Hər şeydən əvvəl rejim və müxalifət arasında gerçək dialoq başlamalıdır. Həqiqi siyasi dəyişikliklər olmadan, atəşkəs uzun sürə bilməz...».
AzPolitika.info


Şərhlər