Menu

Qaçqınların hüquqlarının müdafiəsinə həsr olunmuş yürüş keçirilib 

29.02.2016, 00:43
Qaçqınların hüquqlarının müdafiəsinə həsr olunmuş yürüş keçirilib 

Xarici KİV-in məlumatına görə, Latviyanın paytaxtında Afrikadan və Yaxın Şərqdən olan qaçqınların hüquqlarının müdafiəsinə həsr olunmuş yürüş keçirilib. Əvvəlcə 10-larla insan paytaxtın parklarından birində toplaşıb, sonra isə Köhnə Riqanın küçələri boyunca yürüş təkil edib (TASS).

Tədbirin təşkilatçısı rolunda yerli «Qaçqanlara kömək etmək istəyirəm» adlı cəmiyyət çıxış edib. Təşkilatçılar qeyd edirlər ki, tədbirin məqsədi «qaçqınların hüquqlarının müdafiəsinə dəstək nümayiş etdirmək və Avropa ölkələri hökumətlərini qaçqınların sığınacaq ala biləcəyi ölkələrə təhlükəsiz və leqal keçidlə təmin olunmasına sövq etməkdən ibarətdir». Yürüş iştirakçıları əllərində «İsa da miqrant olub», «İnsan insan üçün insandır», «İnsan haqları hər kəsə şamildir», «Qaçqınlar da insandırlar» yazılmış plakatlar gəzdiriblər.

«Minlərlə insanın risk etməkdən və hətta qış vaxtı Egey dənizini keçməklə, öz ölkəsindəki müharibə və zorakılıqdan qaçmaqdan başqa çıxış yolu qalmayıb. Yalnız bu ilin ilk 6 həftəsində Aralıq dənizini keçməklə, təhlükəsiz yerlərə çatmaq cəhdi göstərəkən 410 nəfər suda boğulub. Ötən ilin analoji dövrü ilə müqayisədə həlak olanların sayı 35 dəfə artıb» - deyə, yürüş təşkilatçıları qeyd ediblər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, hazırda qaçqınların 35 faizini uşaqlar təşkil edir. Bu arada, 2015-ci ilin sentyabrından indiyə qədər Aralıq dənizində 340 nəfərdən artıq uşaq və körpə boğulub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol