Yol polisi qadının maşınına pəncərədən minərək onu təhqir edib

Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü - qadın inspektoru inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək, onu yerə yıxır. Daha sonra bu inspektor qəribə bir hərəkət edərək, pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.

Şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS-ə açıqlamasında bildirib ki, hadisə, qadın sürücünün "saxla" əmrinə tabe olmaması nəticəsində baş verib. Adı şəkilməyən qadın sürücü və onun yanındakı kişi 200 manat cərimələniblər.

Lakin DYP rəsmisi polis inspektorunun biabırçı, əxlaqdan və qanundan kənar hərəkətlərinə şərh verməyib.

Həmin videonu təqdim edirik: