Menu

Bakıda avtobus məktəbliləri vurdu - 1 ölü

29.02.2016, 10:06
Bakıda avtobus məktəbliləri vurdu - 1 ölü

72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan məktəbliləri vurub

Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 72 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.

Şahidlərin APA-ya verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol