Menu

​İranda seçkilər: mühafizəkarlar səslərin 54,5 faizini qazanıb

29.02.2016, 12:43
​İranda seçkilər: mühafizəkarlar səslərin 54,5 faizini qazanıb

İran parlamentinə keçirilən seçkilərdə siyasi mənsubiyyətinə görə mühafizəkarlar 54,5 faiz, islahatçılar 29 faiz, mərkəzçilər və müstəqil namizədlər isə səslərin 16,5 faizini qazanıb.

"Report" xəbər verir ki, bu haqda İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyi səsvermə bülletenlərinin sayılması prosesini başa çatdırmaq üzrədir.

Sayılan bülletenlərə əsasən, ölkə üzrə 207 seçki dairəsinin 48-də ikinci tur keçiriləcək. 182 yerə isə artıq deputat seçilib.

Qeyd edək ki, mərkəzçilər ölkə prezidenti Həsən Ruhaniyə bağlı olsa da, onları daha çox mühafizəkaryönlü siyasətçi sayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol