Menu

Rumıniya Ukraynaya hərbi yardım ayırıb

01.03.2016, 00:25
Rumıniya Ukraynaya hərbi yardım ayırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniya hökuməti Kiyevə hərbi yardım ayırıb. Bu ölkə Ukrayna ordusuna 250 min avro dəyərində hərbi avadanlıq və geyim-keçim verəcək. Bu barədə Rumıniyanın müdafiə nazirliyi məlumat verib (TASS).

«Yardım, mürəkkəb daxili vəziyyətlə bağlı ukraynalı həmkarların xahişi əsasında ayrılır» - deyə, nazirlik təsdiqləyib. İdarədə ümidvar olduqlarını bildiriblər ki, bu yardım Ukrayna silahlı qüvvələrini gücləndirəcək və iki ölkənin müdafiə idarələri arasında qarşılıqlı münasibətləri möhkəmlədəcək. Yükün Ukraynaya çatdırılması və gömrük prosedurundan keçirilməsi xərclərini də Rumıniya tərəfi öz üzərinə götürüb.

Rumıniyanın özündə isə martın 1-də növbəti hərbi təlimlər başlanacaq. Təlimlərdə Kanada hərbi hava qüvvələrinin (HHQ) 100 hərbçisi də iştirak edəcək. Təlimlər Mixail Koqelniçanu adına hərbi bazanın ərazisində (Konstantsa şəhəri) aprelin 10-na qədər davam edəcək. Məqsəd NATO qüvvələrinin operativ qarşılıqlı fəaliyyət effektinin yüksəldilməsindən ibarətdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol