Menu

Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirildi - Müraciətlərə baxılıb

01.03.2016, 17:54
Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirildi - Müraciətlərə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyevin APA-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.

M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol