Menu

Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü

02.03.2016, 12:16
Toyda oynamaq üstündə qan düşdü: əmisini öldürdü

Dünən Ağdam rayonunda törədilmiş qətl hadisəsi ilə bağlıı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Təzəkənd kəndində 30 yaşlı Fərəcov Cabir Məhəmməd oğlu əmisi, 46 yaşlı Fərəcov Seymur Fərəc oğlunu münaqişə zəminində qətlə yetirib.

Bildirilir ki, dünən S.Fərəcovun həyətində toy məclisi keçirilirmiş. Toyda oynamaq üstündə mübahisə yaranıb və S.Fərəcov qardaşı oğluna acıqlanıb. Bundan sonra tərəflər arasında münaqişə yaranıb və 30 yaşlı Cabir əmisini bıçaqlayıb.

Faktla bağlı cinayət işi açılıb və əmisini qətlə yetirən şəxs artıq tututalaq istintaqa təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol