Menu

Deputatın cibindən narkotik tapıldı

02.03.2016, 23:18
Deputatın cibindən narkotik tapıldı

Almaniyanın paytaxtı Berlində polis “Yaşıllar” fraksiyasından olan deputat Volker Bekinarkotiklə saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb.

Xəbər verilir ki, məlumatı Berlin prokrorluğunun nümayəndəsi Martin Şteltner təsdiq edib.

Məlumata görə, hadisə dünən baş verib. 55 yaşlı deputat yerli vaxtla 23.00 da avtomobillə gedərkən paytaxtın Şeneberq rayonunda saxlanılıb. Onun üzərində 6 qram narkotik tərkibli maddə tapılıb.

Hadisədən sonra deputat bütün siyasi vəzifələrindən istefa verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol