Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Şanlıurfaya səfəri zamanı insident baş verib. Baş nazir mitinq keçirilməsi nəzərdə tutulan Suruç qəsəbəsinə helikopterlə gəlib. Qəsəbədə yüksək təhlükəsizlik tədbirləri görülüb. Lakin mitinqin keçiriləcəyi meydana gedən yolda Rəcəb Tayyib Ərdoğanın olduğu avtobusa yumurta atılıb. Yumurta avtobusun ön şüşəsinə dəyib. Yumurta atan şəxs polis tərəfindən saxlanılıb.
APA TV-nin xəbərinə görə, Rəcəb Tayyib Ərdoğanın hadisəyə reaksiyası özünü çox gözlətməyib. Baş nazir Suruç tunelinin açılış mərasimindəki çıxışında avtobusa yumurta atılmasından da danışıb.
“Biz bu yola kəfənlə çıxdıq” deyən Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Şanlıurfada hakim Ədalət və İnkişaf Partiyasının seçki mitinqinə 150 mindən çox adam toplaşıb və bu, rəqiblərini qorxuya salıb. Baş nazirin fikrincə, son hadisə də bu qorxunun əlamətidir.


Şərhlər