Menu

İŞİD bu il ABŞ-da terror aktları törətməyə çalışacaq

03.03.2016, 09:19
İŞİD bu il ABŞ-da terror aktları törətməyə çalışacaq

İŞİD terror qruplaşması 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.

“Parisdəki hücumlardan sonra, İŞİD ABŞ və onun müttəfiqləri üçün əsas təhdid oldu”, - deyə Stüart Konqresdə dinləmələr zamanı çıxışında bildirib. “Ehtimal var ki, İŞİD 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq”, - deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol