Menu

AKP-nin iki funksioneri CHP-yə keçib

10.03.2014, 11:08
AKP-nin iki funksioneri CHP-yə keçib

Kahramanmaraşın Ekinözü mahalında AKP-nin rayon təşkilatının sədr müavini olan Ömər Kara ilə qurucu üzv Hacı Bağcı öz partiyalarından istefa verərək CHP-yə keçib.

Musavat.com-un Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, ötən həftə bələdiyyə məclisinin üzvlüyünə namizəd olan Abdulkadir Kara'nın istefa verərək, CHP-nin məclis üzvlüyünə namizəd olmasının ardından qardaşı Ömər Kara da AKP-dən istefa verib.

Onlar istefalaırının səbəbini 17 dekabr əməliyyatı ilə bağlayıblar.

Ömər Kara deyib ki, övladlarına haram yedirməmək üçün AKP-dən istefa verir: "Bu zamana qədər edilənlərdən çox narahat oldum. Siyasi həyatımı ətrafımdakılarla birlikdə CHP-də davam etdirəcəyəm".

Hacı Bağcı isə AKP-nin son davranışlarının onu təhqir etdiyini bildirib: "Mən AKP-nin qurucu üzvüyəm. O gündən bu günə qədər də partiyamızın müxtəlif məqamlaarda funksiyasını daşıdım. Ancaq 17 dekabrdan sonrakı AKP-nin davranışları və Gülən hərəkatına edilən haqsızlıq və səhvlər məni təhqir etdi, ürəyimi yaraladı. Onun üçün partiyadan istefa edərək, CHP-yə qatıldım".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol