Menu

NATO Rusiya üçün təhlükə yaratmır - ABŞ-ın Rusiyadakı səfiri

03.03.2016, 13:51
NATO Rusiya üçün təhlükə yaratmır - ABŞ-ın Rusiyadakı səfiri

Xarici KİV-in məlumatına görə, Facebook sosial şəbəkəsində suallara cavab verən ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bəyan edib ki, NATO qarşıdurma axtarmır və Rusiya üçün təhlükə yaratmır (TASS).

Tefftdən NATO-nun Avropa birləşmiş qüvvələri ali komandanı, amerikalı general Filip Bridlaavın sözlərini (Rusiya ABŞ üçün uzunmüddətli ekzistensial təhlükədir) şərh etməyi xahiş ediblər.

Tefft təsdiqləyib ki, NATO müdafiə alyansıdır: «Alyans dəfələrlə izah edib ki, qarşıdurma axtarmır və Rusiya üçün təhlükə yaratmır. Amma biz, Avropanın və Şimali Amerikanın təhlükəsizliyi üzərində qurulmuş Alyans prinsinplərindən dönə bilmərik və dönməyəcəyik» - deyə, ABŞ səfiri yazıb.

Bundan əvvəl Bridlav bəyan etmişdi ki, Rusiya «ABŞ-ın və Şimali Atlantika müqaviləsi təşkilatının (NATO) rəqibi olmaq yönündə seçim edib».Ona görə də, generalın sözlərinə görə, indi Rusiya «ABŞ və onun avropalı müttəfiqləri üçün uzunmüddətli ekzistensial təhlükəyə çevrilib».

Bundan bir qədər sonra general bəyan edib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri zərurət yarandığı təqdirdə Avropa qitəsində Rusiya ilə münaqişəyə hazır olmaq üçün tədbirlər görürlər. Bridlavın sözlərinə görə, bütün alyans üzvü olan ölkələr «münaqişə yaranacağı təqdirdə, ona hazır olmaq üçün öz ordusunun döyüş qabiliyyətini artırır».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol