“Levada–mərkəz” rusiyalılara II Nikolaydan tumuş, Vladimir Putinədək, bütün ölkə rəhbərlərini qiymətləndirməyi təklif edib. Sosioloqlar aydınlaşdırıblar ki, son dörd ildə avtoritar liderlərin müdafiə edilməsi faizi əhəmiyyətli dərəcədə yüksəldiyi halda, demokratik dəyişikliklər gətirənlərin fəaliyyəti əksinə, daha az bəyənilməyə başlanıb.
“Levada–mərkəz”-in keçirdiyi sorğuya əsasən, rusiyalılar ən çox Putin dövrünü qiymətləndirirlər. İndiki prezidentin müdafiə edilmə səviyyəsi son dörd il ərzində 20% yüksələrək, 70%-ə çatıb. Rəyi soruşulanların ancaq 11 faizi hesab edir ki, Putin yaxşı işlərdən çox, pis işlər görüb.
Rusiyalılar keşmiş rəhbərlər içərisində, nisbətən Brejnev barəsində yaxşı düşünürlər. Onu müdafiə edənlərin sayı bu dörd il ərzində 9% artaraq, 51% təşkil edib. Rəyi soruşulanların yalnız 18%-i Brejnev dövrü haqqında neqativ fikirlər söyləyib.
2012-ci il illə müqayisədə Stalini bəyənənlərin sayı 13% artıb. Rusiyalıların 40%-i hesab edir ki, Stalin dövrü ölkə üçün yaxşı keçib. 38% respondent isə Stalin dövrünə mənfi münasibət bəşlədiklərini bildiriblər.
O ki, qaldı Xruşov dövrünə, burada da səslər demək olar ki, yarıya bölünüb. Xruşov dövrünü 31% müsbət, 29 % isə mənfi qiymətləndirib. Amma 2012-ci ildə Xruşov dövrü haqqında mənfi rəydə olanların sayı 10 faiz idi.
Rusiyalılar son dörd il ərzində Qorbaçov və Yeltsinə qarşı daha pis münasibət göstərməyə başlayıblar. Qorbaçov dövrünü cəmi 12% yüksək qiymətləndirib, (2102-ci ildə bu 14% idi) 67 % hesab edir ki, Qorbaçovun dövrü çox pis olub.
Yeltsin dövrü barəsində müsbət fikir söyləyənlərin sayı 11%, mənfilərin sayı isə 68% təşkil edib. 2012-ci ildə bu göstəricilər müvafiq olaraq, 12% və 55% idi.
“Levada-mərkəz”in direktor müavini Aleksey Qrajdankin “RFI”-yə müsahibəsində qeyd edib ki, Brejnev dövrü “hansısa xöşbəxt həyat" kimi qəbul olunur, Stalin dövrü isə ağır zamanlar kimi dəyərləndirilir. Lakin bir çox rusiyalılar üçün Böyük Vətən Müharibəsindəki qələbə həmin dövrün bütün günah və problemlərini yuyur.
A.Qrajdankin deyir ki, son dörd ildə vəziyyətin dəyişməsinə səbəb Rusiyanın Qərb ölkələri ilə yeni qarşıdurma fazasına keçməsi ilə əlaqədardır, çünkü belə hallarda avtoritar tipli liderlərə tələbat artır. Vladimir Putinin indiki siyasəti Ukrayna hadisələrindən və Qərblə qarşıdurmaya getdikdən sonra, 2012-ci il illə müqayisədə daha çox bəyənilir. Ona görə də, hazırkı iqtisadi böhran hakimiyyətə münasibətə ciddi təsir göstərməyib.
Aleksey Qrajdankin vəziyyəti belə izah edir: ”İndiki böhran 1990-cı illərin əvvəlində müşahidə etdiklərimiz ilə heç bir müqayisəyə gəlmir. 1992-93-cü illərdə həyat şəraitinin aşağı düşməsi və əmanətlərin dəyərsizləşməsi, rusiyalılara çox böyük və ciddi ziyanlar vurmuşdu. İnsanların gözündə Putin, onları həmin böhrandan və dərin quyudan dartıb şıxaran şəxsdir. Elə bu səbəbdən də ona olan münasibət çox yaxşıdır. Analiz göstərir ki, hazırkı problemlər, orta sinfin vəziyyətinə təsir etsə də, Putinin elektoratına və kütləvi əhval-ruhiyyəyə təsir göstərmir”.
Bu sorğu 19-24 fevral tarixində, 18 yaşından yuxarı olan 1600 vətəndaş arasında və ölkənin 48 regionunun 137 yaşayış məntəqəsində aparılıb.
Vaqif NƏSİBOV


Şərhlər