Xarici KİV-in məlumatına görə, Norveç hökuməti 20 il bundan əvvəl yaratmış olduğu neft fondundan ilk dəfədir ki, vəsait çıxarıb. Yerli KİV-ə istinadla bu barədə məlumatı «Röyter» agentliyi yayıb (RİA Novosti).
«Dagens Naeringsliv» qəzetinin məlumatına görə, bu ilin yanvarında ilk dəfə olaraq Norveçi hökuməti təqaüd fondunun bir hissəsindən istifadə barədə qərar verib. Bu fondun vəsaitləri neftdən əldə olunan yüksək gəlirlərdən formalaşır və indiki tarixə 826 milyard dollar təşkil edir. Fondun hesabından çıxarılan vəsaitin məbləği isə 780 milyon dollar olub və dövlət büdcəsinin sosial xərclərinin təminatına yönəldilib. Norveçin maliyyə nazirliyi fondun vəsaitlərinə müraciət olunduğunu təsdiqləyib.
Xatırladaq ki, Norveç dövləti neft ixrac edən ölkələrin təşkilatına (OPEK) daxil olmayan böyük neft hasilatçısıdır.
AzPolitika.info


Şərhlər