Menu

Mərkəzi Bankın ehtiyatları kəskin azaldı - 1 aya 372 milyon

04.03.2016, 18:59
Mərkəzi Bankın ehtiyatları kəskin azaldı - 1 aya 372 milyon

images_milli bank mmMərkəzi Bankın valyuta ehtiyatları fevralda 372 milyon dollar azalıb.

Bankın məlumatına görə, martın 1-də onun ehtiyatları 4 milyard 26 milyon dollar təşkil edib. Bu ötən ayla müqayisədə 8 faizdən çox azalma deməkdir.

Valyuta ehtiyatlarında keçən ilin uyğun dövrü ilə müqayisədə 63 faizdən çox azalma qeydə alınıb.

Bankın valyuta ehtiyatları maksimum həddə 2014-ci ilin oktyabrında çatıb. Onda valyuta ehtiyatları 15,1 milyard dollara çatmışdı. Həmin dövrlə müqayisədə valyuta ehtiyatlarının 3,5 dəfə azaldığı bəlli olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol