Menu

Rusiya daha bir helikopter qəzası - Ölənlər var

04.03.2016, 21:25
Rusiya daha bir helikopter qəzası - Ölənlər var

Rusiyanın Vladimirskaya əyalətində Daxili İşlər Nazirliyinə aid helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə sözügedən əyalətin meri Svetlana Orlova söyləyib.

O, qəza zamanı 2 nəfərin də ağır yaralandığını bildirib.

Qəzanın dəqiq səbəbi bilinməsə də, ilkin versiya kimi texniki nasazlıq göstərilir.

Digər məlumata görə, uçuş zamanı helikopterdə yanğın baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol